Almaniyada qaçqınlarla kütləvi dava

Almaniyada qaçqınlarla kütləvi dava
  15 Sentyabr 2016    Oxunub:1188
Almaniyanın şərqində millətçilərlə qaçqınlar arasında toqquşma baş verib.
AzVision.az xarici KİV-lərə istinadla xəbər verir ki, toqquşma Saksoniya federal torpağının Bautsen şəhərində qeydə alınıb.

Belə ki, insidentdə sağ siyasi qüvvələrə mənsub 80 nəfərə yaxın yerli sakin və təxminən 20 qaçqın iştirak edib. Tərəfləri ayırmağa çalışan yüzə yaxın polisin də hücuma məruz qaldığı bildirilir. Hadisə ilə bağlı təhqiqat başlayıb. Xəsarət alanlar barədə məlumat verilmir.

AzVision.az


Teqlər:





Xəbər lenti