Parisdə qarşıdurma: Yaralılar və həbs edilənlər var

Parisdə qarşıdurma: Yaralılar və həbs edilənlər var
  16 Sentyabr 2016    Oxunub:1663
Fransanın paytaxtı Parisdə əmək qanunvericiliyində dəyişiklik edilməsinə qarşı çıxış edən etirazçılar və polis əməkdaşları arasında qarşıdurma olub.
AzVision.az “Frans Press”ə istinadən xəbər verir ki, qarşıdurma nəticəsində altı nəfər xəsarət alıb. Onlardan 5-i polis əməkdaşıdır.

İlkin məlumata görə, qarşıdurma zamanı 12 nəfər saxlanılıb.

Etiraz aksiyasında 40 minədək insan iştirak edib. Asayişin qorunmasına 1200 polis əməkdaşı cəlb olunub.



AzVision.az


Teqlər:





Xəbər lenti