`Qarabağ` son anda məğlubiyyətdən xilas oldu
İsveçrəli baş hakim Stefan Klossnerin idarə etdiyi oyunun 1-ci dəqiqəsində “Slovan”ın futbolçusu Yan Sikora hesabı açıb. Altı dəqiqə sonra “Qarabağ”ın futbolçusu Miçel hesabı bərabərləşdirib. Komandaların cəhdlərinə baxmayaraq ilk hissə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
İkinci hissəyə fəal başlayan “Qarabağ” rəqib qapısı qarşısında bir neçə dəfə təhlükəli vəziyyət yaradıb. Lakin görüşdə növbəti qolu 68-ci dəqiqədə “Slovan” vurub. Milan Baroş ikinci topu “Qarabağ”ın qapısından keçirib. Qoldan sonra təşəbbüsü tamamilə ələ alan ağdamlılar matçın əsas vaxtına əlavə olunan hissənin 2-ci dəqiqəsində hesabı bərabərləşdiriblər. Rəşad Sadıqov gözəl zərbə ilə adını tabloya yazdırıb – 2:2 Beləliklə, görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.
“Qarabağ” növbəti görüşünü sentyabrın 29-da səfərdə İtaliyanın “Fiorentina” komandasına qarşı keçirəcək.
AzVision.az