Varşavada naməlum şəxslər sinaqoqu yandırmaq istədilər

   Varşavada naməlum şəxslər sinaqoqu yandırmaq istədilər
  01 May 2024    Oxunub:574
Naməlum şəxslər Varşavanın mərkəzindəki sinaqoqu yandırmağa cəhd ediblər, hadisə nəticəsində ölən olmayıb.
Bu barədə Polşanın baş ravvini Mixael Şudrixə istinadən ölkənin xarici işlər naziri Radoslav Sikorski bildirib. "Ravvin Şudrix yazır ki, kimsə Molotov kokteyli ilə Nojikov sinaqoqunu yandırmağa cəhd edib. Allaha şükürlər olsun ki, heç kim xəsarət almayıb", - nazir bildirib.

Polşa mediası isə qeyd edir ki, paytaxt polisi hadisə ilə bağlı məlumatlandırılıb və artıq araşdırma aparılır.

Zalman və Rivka Nojikin adını daşıyan və Polşa Yəhudi İcmaları İttifaqının əsas sinaqoqu olan Nojik sinaqoqu Varşavada İkinci Dünya Müharibəsindən ziyan dəymədən qalan yeganə sinaqoqdur. 1997-ci ildə Sinaqoq yandırılıb və nəticədə binanın foyesi zədələnmişdi.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti