“Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - Fotolar

“Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi -    Fotolar
  02 May 2024    Oxunub:702
“Bakcell”in Baş İcraçı Direktoru, Klaus Mueller Azərbaycanın ilk qadınlar arasında Avropa çempionu şahmatçısı Ülviyyə Fətəliyevanı möhtəşəm qələbə münasibətilə təbrik edib.
“Bakcell” baş ofisində keçən görüşdə qrossmeyster Ülviyyə Fətəliyevaya qızıl “Bakcell” nömrəsi və 1 illik balans hədiyyə edilib və son model smartfon təqdim olunub. Şahmatçımızın qələbəsinin bütün Azərbaycanı qürurlandırdığını bildirən “Bakcell” Baş İcraçı Direktoru Ülviyyə Fətəliyevaya karyerasında uğurlarının daimi olmasını diləyib.

Görüş zamanı “Bakcell”in yeni brend kimliyindən danışan Klaus Mueller bildirib ki, loqodakı 5 dinamik fiqur gələcəyə yol açan bir ulduz yaradır. Bu ulduz insanları, məkanları və dəyərli anları bir-birinə bağlayır və çempion şahmatçımızın bugünkü qələbəsi məhz belə anlardandır.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti