Rövşən Nəcəf "Naftoqaz" şirkətinin direktoru ilə görüşüb

Rövşən Nəcəf "Naftoqaz" şirkətinin direktoru ilə görüşüb
  02 May 2024    Oxunub:1031
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Ukraynanın "Naftoqaz" şirkətinin baş icraçı direktoru Oleksey Çernişov ilə görüşüb.
SOCAR-dan AzVision.az -a bildirilib ki, tərəflər neft-qaz sənayesində əməkdaşlığın perspektivlərini, o cümlədən Azərbaycan qazının Ukraynada saxlanması imkanlarını müzakirə edib, enerji keçidi, dekarbonizasiya və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

AzVision.az


Teqlər: Azərbaycan   Ukrayna   SOCAR   görüş  





Xəbər lenti