Bəhreyndən İsrailə ilk dəfə zərbə endirilib

   Bəhreyndən İsrailə ilk dəfə zərbə endirilib
  02 May 2024    Oxunub:704
Özlərini "Bəhreynin İslam Müqaviməti", eləcə də "Əştər Briqadaları" adlandıran iranyönümlü qruplaşma İsrailə ilk dəfə hücum həyata keçirib.
AzVision.az xəbər verir ki, qruplaşma hücumla bağlı video yayıb.

Məlumata görə, hücum İsrailin cənubundakı Eylat liman şəhərinə, "Trucknet" adlı şirkətin qərargahına tuşlanıb.

İsrail hücuma münasibət bildirməyib.

Yeri gəlmişkən, sözügedən şirkət İsrail ilə ərəb ölkələri arasında neft daşımalarına cavabdehdir.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Bəhreyn   hücum  





Xəbər lenti