Ərdoğandan Putini qəzəbləndirəcək addım

Ərdoğandan Putini qəzəbləndirəcək addım
  21 Sentyabr 2016    Oxunub:4013
Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində Ukrayna lideri Pyotr Poroşenko ilə görüşüb.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli əlaqələri müzakirə edib və energetika və ticarət də daxil olmaqla bütün sahələrdə tərəfdaşlıq əlaqələrini dərinləşdirmək barədə razılığa gəliblər.

Bundan əlavə Ərdoğan Poroşenkoya gələcəkdə ölkənin suverenliyi və ərazi bütövlüyünün bərpa olunması məsələsində Kiyevi dəstəkləyəcəyinə dair söz verib. O, həmçinin Ukrayna liderinə bildirib ki, Moskva ilə dialoqun bərpa olunması Türkiyə rəhbərliyinin “Krımın anneksiyası tanınmaması və Krım tatarlarının haqlarının pozulması haqqında” mövqeyini dəyişməyəcək.

Ərdoğanın bu addımı "Rusiya prezidenti Vladimir Putinin qəzəbinə səbəb olacaq",-deyə qiymətləndirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti