Qənirə Paşayeva İğdır valisilə görüşüb

Qənirə Paşayeva İğdır valisilə görüşüb
  15 Avqust 2013    Oxunub:1141
Türkiyənin İğdır vilayətində səfərdə olan deputat Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva İğdır valisi Ahmet Pek ilə görüşüb.
Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu bildirən Q.Paşayeva bu əlaqələrin getdikdə daha da genişlənməsinin vacibliyini vurğulayıb.

İki dövlət arasında qardaşlıq bağlarının çox güclü olduğunu qeyd edən A.Pek də öz növbəsində, qardaş ölkələrin şəhərləri, bölgələri arasında, o cümlədən İğdırla Azərbaycanın bölgələri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi və əhəmiyyətindən danışıb.

Azərbaycanlı deputat İğdıra səfəri çərçivəsində Türkiyə və Azərbaycanın milli liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin abidələrini ziyarət edib, erməni quldur dəstələrinin 20-ci əsrin əvvəllərində İğdırda törətdikləri soyqırımı qurbanlarının xatirəsinə qoyulmuş abidəni ziyarət edib.




Teqlər:





Xəbər lenti