Obama Trampla bağlı dünyaya çağırış etdi
B. Obama siyasətçilərin seçkiqabağı kampaniyada bəyan etdiklərinin çoxunun heç də həmişə onların ölkəni idarə etmək metodları ilə üst-üstə düşmədiyini vurğulayıb: "ABŞ-da yeni administrasiyanın səlahiyyətlərinin icrasına başlamasını gözləyin. Bundan sonra yeni administrasiya ilə beynəlxalq ictimaiyyətin dünyanın rifah içərisində yaşaması ilə bağlı maraqlarının üst-üstə düşüb-düşmədiyi barədə nəticə çıxara bilərsiniz".
Qeyd edək ki, ABŞ-da noyabrın 8-də keçirilən prezident seçkilərində qalib gələn D. Tramp və administrasiyası səlahiyyətlərinin icrasına 2017-ci il yanvarın 20-də başlayacaq. (Apa)
AzVision.az
Teqlər: