Batumi Konsulluğumuzda bayram tədbiri keçirilib
Tədbirdə baş konsul Rəşad İsmayılov, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına təbrikinı iştirakçıların diqqətinə çatdırıb.
Həmcinin, baş konsul Rəşad İsmayılov bu bayramın tarixçəsi haqqında məlumat verdi. O, Həmrəylik Gününün Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləmiş və bu əlamətdar bayramın dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində xüsusi rolunu vurğuladı. Baş konsul dünya azərbaycanlılarının həmrəyliyi ideyasının artıq təşəbbüsdən əməli işə çevrildiyini, dövlət siyasətinin mühüm istiqamətlərindən biri səviyyəsinə qaldırıldığını, soydaşlarımızın kompakt yaşadıqları ölkələrdə onların təşkilatlanması, birlik və mütəşəkkilliyinin gücləndirilməsi üçün mühüm amil olduğunu diqqətə çatdırıb.
Tədbirdə cıxış edən Acarıstan Muxtar Respublikasının Hökumətinin Ali Sovetinin Sədri David Qabaidze öz nitqində azərbaycanlıların arasında olmaqdan və onlarla bir yerdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd etməkdən şad olduğunu bildirmişdir. Gürcülərin Azərbaycan xalqına xüsusi münasibəti olduğunu vurğulayan Ali Sovetin Sədri qeyd etdi ki, Acarıstanın, özəlliklə də Batuminin tarixinə nəzər yetirilsə, xalqlarımızın qədimdən dost olduğu, şəhərlərimizin və regionlarımızın çoxəsrlik dostluq tarixinin olduğu asanlıqla anlaşılar.
Tədbir bədii proqram və ziyafətlə yekunlaşıb.