İstanbul terrorçusunun yeni fotosu yayılıb
AzVision.az Anadolu agentliyinə istinadla xəbər verir ki, istintaq çərçivəsində aparılan təhqiqat zamanı terrorçunun daha aydın göründüyü bir fotoşəkli əldə olunub.
Təhlükəsizlik kamerasından əldə edilmiş yeni fotoda terrorçunun üz cizgiləri nisbətən dəqiq seçilir. Polis cinayətkarın yaxalanması üçün əməliyyatları davam etdirir.
Agentliyin bir qədər əvvəl yaydığı məlumata görə, İstanbulda 39 nəfərin ölümü ilə nəticələnmiş terror aktında şübhəli bilinən 8 nəfər saxlanılıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


