Türkiyədən İŞİD-ə ağır zərbə - 18 ölü, 37 yaralı
AzVision.az-ın Türkiyə KİV-lərinə istinadən xəbərinə görə, gün ərzində top atışları nəticəsində terror qruplaşmasının mövqelərinə sarsədəcə zərbələr endirilib.
TSK-dan verilən məlumata görə, əməliyyat nəticəsində 18 İŞİD üzvü məhv edilib, çoxu ağır olmaqla 37 terrorçu yaralanıb.
Qeyd edək ki, avqustun 24-dən başlayan “Fərat qalxanı” əməliyyatı 133 gündür ki, davam edir.
Kənan Məmmədov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


