Qalmaqallı səhnə `Recep İvedik 5`dən çıxarıldı - Video

Qalmaqallı səhnə `Recep İvedik 5`dən çıxarıldı - Video
  19 Yanvar 2017    Oxunub:16634
“Recep İvedik 5” filmində yer alan türk və azərbaycanlı boksçuların döyüş səhnəsi filmdən çıxarılıb.

AzVision.az xəbər verir ki, bu barədə filmin qəhrəmanı, tanınmış aktyor Şahan Gökbakar "İnstaqram" səhifəsində bildirib.

"Mən filmlərini gülmək və güldürmək üçün çəkirəm. Azərbaycanlı qardaşlarımın üzülməsi mənim qəlbimi qırar. Sevə-sevə filmdən həmin səhnəni çıxardıram. Hamınızı çox sevirəm" - deyə Gökbakar söyləyib.



Qeyd edək ki, filmdə türk və azərbaycanlı boksçuların döyüşündəki dialoq və epizodlar narazılığa səbəb olmuşdu. Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin deputatı Necdet Ünüvar bu görüntülərə etirazını bildirmişdi.

Həmin görüntüləri bir daha təqdim edirik:



AzVision.az


Teqlər:  





Xəbər lenti