Astana görüşündə gərginlik - Müxalifət etiraz edir

Astana görüşündə gərginlik - Müxalifət etiraz edir
  24 Yanvar 2017    Oxunub:1976
Suriya müxalifətinin nümayəndə heyəti Astanada keçirilən danışıqlarda sülhə təminatçı ölkələrin yekun kommünikesini imzalamayacaq.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Astana danışıqlarında Suriya müxalifətini təmsil edən Yəhya əl-Aridi bildirib.

“İmzalanma olmayacaq. Zamin ölkələr - Rusiya, Türkiyə və bəlkə də İran yalnız sənəd yayır”.

Yəhya əl-Aridi jurnalistlərə bildirib ki, Suriya müxalifətinin nümayəndə heyəti ölkədə atəşkəs haqqında danışıqların uğur qazanmasına spektik yanaşır: “Elə bil hiss yaranır ki, zamin ölkələr Suriya xalqından daha çox öz maraqları barədə düşünür. Biz atəşkəsi saxlamaq istəyirik, lakin digər tərəfdən bunun üçün ilk növbədə, Suriya xalqı haqqında düşünməliyik”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti