Bakıda temperatur yüksələcək

Bakıda temperatur yüksələcək
  22 Avqust 2013    Oxunub:922
Hava dəyişkən buludlu, əsasən, yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 23-də hava dəyişkən buludlu, əsasən, yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz çənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 19-24, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda avqustun 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-14, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti