Binəli Yıldırım Bakı ilə İzmiri müqayisə etdi

Binəli Yıldırım Bakı ilə İzmiri müqayisə etdi
  16 Fevral 2017    Oxunub:2072
"Türkiyədəki təhlükəsizlik ABŞ-la eyni səviyyədədir"
AzVision.az xəbər verir ki, bunu Dünya Turizm Forumunun İstanbulda keçirilən III beynəlxalq toplantısında Türkiyənin baş naziri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, terrorizmin konkret ünvan yoxdur və dünyanın istənilən ölkəsini təhdid edir:

“Hətta Avropanın lap mərkəzində terror hücumları baş verib. Mən bunu təəssüflə deyirəm. Amma terrorçularla inasanları qorxutmaq onların xeyrinə oynamaq deməkdir. Bu gün ABŞ nə qədər təhlükəsizdirsə, Türkiyə də o qədər təhlükəsizdir, Paris nə qədər təhlükəsizdirsə, İstanbul da o qədər təhlükəsizdir, Bosniya və Herseqovina nə qədər təhlükəsizdirsə, Ankara da o qədər təhlükəsizdir, Bakı nə qədər təhlükəsizdirsə, İzmir də o qədər təhlükəsizdir”.

Baş nazir qeyd edib ki, Türkiyə mürəkkəb coğrafi mərkəzdə yerləşir: “Biz bunu bilirik və əlimizdən gələni edirik ki, turistlər ölkəmizə təhlükəsiz gəlsin və Türkiyənin bütün zəngin sərvətlərindən həzz alsınlar”.

Qeyd edək ki, Türkiyədə iki gün davam edəcək toplantının iştirakçıları arasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də var.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti