Türkiyənin neft tankerinə hücum: 11 nəfər girov götürülüb
Agentliyin məlumatına görə, “Haci Telli” gəmisi Türkiyənin Tuzla limanından Maltanın Valettu limanına gedirmiş. Fevralın 24-də gəmi Liviya limanına gəlib və standart prosedura əsasən onun bortuna mühafizə kimi altı silahlı şəxs qalxıb. Lakin sonradan silahlı şəxslər gəmini ələ keçirdiklərini bildiriblər.
Onlar icarədarın Liviya limanına borclandığı 433 min dolları qaytarmağı tələb edirlər. Əgər onların tələbi yetirilməzsə quldurlar gəmini ya satacaqlarını ya da batıracaqları ilə hədələyiblər. Qeyd olunub ki, icarədar borcun 280 min dollarını qaytarıb.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: