Ərəbistan kralını öldürmək istədilər

Ərəbistan kralını öldürmək istədilər
  07 Mart 2017    Oxunub:1658
Malayziyada Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl-Səuda qarşı terror aktının qarşısı alınıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Milli Polisin rəhbəri Xalid Əbu Bakar bildirib ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl-Səudun rəhbərlik etdiyi nümayəndə heyətinə qarşı Kuala Lumpurda terror aktı törətməyi planlaşdıran dörd Yəmən vətəndaşı saxlnalıb.

O, qeyd edib ki, yaşları 26-33 arasında dəyişən terrorçular antiterror reydi zamanı müəyyən edilərək həbs ediliblər.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl-Səud ötən ay Malayziyaya ilk dəfə rəsmi səfər edib.

AzVision.az



Teqlər:





Xəbər lenti