İsveçrəli diplomat Türkiyə XİN-ə çağırıldı
AzVision.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, səfir Ankarada olmadığından onun müavini Türkiyə XİN-ə PKK-nın İsveçrənin paytaxtı Berndə mitinq keçirməsi ilə əlaqədər çağırılıb. İsveçrəli diplomata rəsmi Ankara öz etirazını bildirib.
Qeyd edək ki, PKK-nın mitinqində Türkiyə prezidentinin ünvanına təhdidlər səsləndirilib.
AzVision.az
Teqlər: Türkiyə PKK İsveçrə XİN