Fətullah Gülən ABŞ-dan qaça bilər

Fətullah Gülən ABŞ-dan qaça bilər
  27 Mart 2017    Oxunub:1639
ABŞ-dan ekstradisiyası tələb edilən FETÖ terror təşkilatının lideri Fəttullah Gülənin Kanadaya qaçacağı iddia edilir.

AzVision.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə ölkənin ədliyyə naziri Bəkir Bozdağ məlumat verib. O bildirib ki, Gülənin qaçacağı barədə əllərində ciddi sübutlar var.

“Biz bu məlumatları ABŞ-ın Ədliyyə Nazirliyinə vermişik. Kanadada böyük bağ ərazisi aldıqları və ora getmək üçün hazırlaqlara başladıqlarını bilirik. Tramp höküməti işə başladıqdan sonra bu hazırlıqlar sürətləndirilib. Türkiyə bu işin arxasınca gedəcək”, - deyə nazir söyləyib.

Aytən Zəhra
AzVision.az


Teqlər: ABŞ   Gülən   Kanada   FETÖ  





Xəbər lenti