Solovyov İlham Əliyevlə görüşündən danışdı: "Lapşin barədə söhbət etdik"

Solovyov İlham Əliyevlə görüşündən danışdı: "Lapşin barədə söhbət etdik"
  08 Aprel 2017    Oxunub:3421
Rusiyalı teleaparıcı Vladimir Solovyov bəyan edib ki, Azərbaycan prezidenti İlham Əliyevlə ötən gün keçirdiyi görüş barədə gələn həftə (çərşənbə axşamı) geniş açıqlama verəcək.
AzVision.az xəbər verir ki, Solovyov “Twitter” istifadəçilərdən birinin “İlham Əliyevlə Aleksandr Lapşin barədə danışmısınızmı” sualına belə cavab verib:

“Danışdıq, yalnız Lapşin barədə deyil, efirdə danışdığım digər şəxslərlə bağlı danışdıq. Marat Ueldanov barədə də danışdıq. Həm də ətraflı. Mənim mövqeyimi bilirlər”.



Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ümumrusiya Dövlət Teleradio Şirkətinin teleradio aparıcısı Vladimir Solovyovla görüşüb.

Vladimir Solovyov Bakıya ilk dəfə səfər etdiyini bildirərək paytaxtımızda sürətli inkişaf proseslərinin onda böyük təəssürat doğurduğunu və Bakının çox gözəl şəhər olduğunu vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti