Prezident qadınlara qara geyimi qadağan edir

Prezident qadınlara qara geyimi qadağan edir
  19 Aprel 2017    Oxunub:1949
Qazaxıstanda qadınların matəm günləri istisna olmaqla adi günlərdə qara rəngdə paltar geyinməsi qadağan edilir. AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bununla bağlı ölkə prezidenti Nursultan Nazarbayev qərar qəbul etmək niyyətindədir.
Nazarbayev qadınların tamamilə qara rəngli geyimdə olmasının yolverilməz olduğunu hesab edir.

“Oğlanlarımız şalvarlarının ətəyini qısa edir, saqqal saxlayırlar. Başdan ayağa qaraya bürünmüş qazax qızların sayı artır. Bu, nə bizim adətə, nə xalqımza uyğundur. Ona görə bunun qarşısını qanunvericilik səviyyəsində almaq lazımdır”.

AzVision.az


Teqlər: Qazaxıstan   Nazarbayev  





Xəbər lenti