Mirmahmud Mirəlioğlu Milli Şuranı tənqid etdi

Mirmahmud Mirəlioğlu Milli Şuranı tənqid etdi
  31 Avqust 2013    Oxunub:1015
“Cəmil Həsənlinin namizədliyi irəli sürülən gün KXCP nümayəndələri təşəbbüs qrupunun üzvləri tərəfindən Müsavat qərargahında keçirilən toplantıya buraxılmayıblar. Onlar israrla yenidən binaya daxil olmaq istəsələr də, nümayəndələrimizə imkan verilməyib”.

Bu açıqlamanı Milli Şuranın üzvü, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu verib.

KXCP sədri qeyd edib ki, Təşəbbüs Qrupu tərəfindən partiyaya 1000 imza verilməsi, bölgü aparılması Milli Şura və onun namizədinin əleyhinə olan bir addımdır:

“Biz bundan narahat deyilik. Sadəcə mövqeyimiz də ortadadır. Bu məsələ təkcə 1000 imza məsələsi deyil. Burada məqsəd İctimai Palatanı qabartmaq, seçkidən sonra yenidən İctimai Palata modelinə qayıtmaq və iki partiyanın müttəfiqliyi önə çəkməkdir. Kurs belə götürülüb. Allah xeyir versin”.(apa)


Teqlər:





Xəbər lenti