Futbol üzrə avrokubokların birinci təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA yeni reytinq cədvəlini açıqlayıb.
Reytinqdə Azərbaycan mövqeyini dəyişməsə də, xal hesabını artırıb. Buna səbəb “Zirə”nin evdə “Differdange” (Lüksemburq) komandasına 2:0, “İnter”in səfərdə Serbiyanın “Mladost” klubuna 3:0 hesabı ilə qalib gəlməsi səbəb olub. Nəticədə Azərbaycan hesabına 0,500 xal yazdırıb.
Azərbaycanın ümumi əmsalı 15,250-yə çatıb. Azərbaycan hazırda Avropanın 23-cüsüdür.