Bakı metrosunun retro vaqonları: 70-ci illərin nostaljisi (FOTOLAR+VİDEO)

Bakı metrosunun retro vaqonları: 70-ci illərin nostaljisi (FOTOLAR+VİDEO)
  07 Noyabr 2017    Oxunub:30526
Bakı metrosunun 50 illik yubileyi ilə əlaqədar metropolitendə istismar edilmiş retro vaqonların bərpadan sonra təqdimatı olub.

AzVision.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin sözlərinə görə, əsas məqsəd sərnişinlərə nostalji hissi yaşatmaqdır.


“Burada təqdim olunan 3 vaqonun hər biri ayrı-ayrı illərdə istehsal olunub. “A” tipli vaqonlar 30-cu illərdə, “Q” tipli vaqonlar 40-ci illərdə, “E” tipli vaqonlar isə 70-ci illərdə istehsal olunub. İlk vaqonumuz Bakı metrosunda sərnişin daşımayıb. “A” tipli vaqon 1968-ci ildə Bakı metrosuna gəlib çıxıb. Həm “A”, həm də “Q” tipli vaqonlarlardan yol ölçən vaqon kimi istifadə olunub. Lakin 70-ci illərdə istifadə olunan “E” tipli vaqonlar isə Bakı metrosunda istifadə olunub. 2000-ci illərdə istismar müddəti başa çatdığı üçün xətdən çıxarılıb”.



N.Paşayev bildirib ki, vaqonlar orjinallığı qorunmaqla yenidən bərpa edilib: “İstər rəngləri, istər oturacaqları, istər işıqlandırılması, bütün avadanlıqları əvvəlki vəziyyətinə gətirilib. Əsas məqsəd odur ki, sərnişinlər rahat baxsınlar, nostalji hislər yaşasın. Ola bilsin ki, 70-ci illərdə istifadə olunan qatarlara o vaxtı minən sərnişinlər nostalji hislər yaşayacaq”.



Qurum sözçüsü qeyd edib ki, retro vaqonlar bir neçə gün metronun “İçərşəhər” stansiyasında qalacaq və sərnişinlər gəlib yaxından tanış ola bilərlər. “Planızmıda var ki, müəyyən müddətdə həmin qatarları xəttə buraxaq və sərnişinlərin qatarlarla tanış olmaq fürsəti olsun. Sərnişin daşıma ehtimalı da var. Nəzərə alaq ki, köhnə qatarlardır, tam gücü ilə işləmirlər və sürəti də problem yaradır”.























Aytən Zəhra
Foto: Elvin Abdulla

AzVision.az



Teqlər: Metro   Vaqon  





Xəbər lenti