Məşhur futbolçu karyerasını başa vurdu

Məşhur futbolçu karyerasını başa vurdu
  18 Dekabr 2017    Oxunub:2074
Məşhur braziliyalı futbolçu Kaka karyerasını rəsmən başa vurub.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı Kaka bu barədə özü açıqlama verib, futboldan ayrılmaq qərarına gəldiyini bildirib.

Qeyd edək ki, Kaka İtaliyanın "Milan", İspaniyanın "Real Madrid" klublarında forma geyinib, 2002-ci ildə dünya çempionu, 2007-ci ildə isə "Qızıl top"un sahibi olub.

AzVision.az


Teqlər: Kaka  





Xəbər lenti