“Siçanlar və adamlar” tamaşası təqdim edilib - Fotolar

“Siçanlar və adamlar” tamaşası təqdim edilib - Fotolar
  20 Dekabr 2017    Oxunub:4015
“ƏSA” Teatrı Opera və Balet Teatrında "Siçanlar və adamlar" tamaşasını təqdim edib.
AzVision.az-ın məlumatına görə, Con Steynbekin “Siçanlar və adamlar” əsəri əsasında səhnələşdirilən tamaşanın nümayişində ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Teatr tamaşasına ABŞ-ın Azərbaycandakı səfirlyi sponsorluq edib. “ƏSA” 20 nəfərdən çox istedadlı aktyor, musiqiçi, kostyum sənəti və işıqlandırma mütəxəssislərindən ibarətdir, onların əksəriyyəti əlilliyi olan insanlardır.

Beynəlxalq Əlillər Günü münasibətilə ABŞ-ın dövlət katibi Tillerson son nitqində bildirib: "Biz əlilliyi olan şəxslərin gücləndirilməsi, ləyaqəti və bərabər hüquqlarını inkişaf etdirmək üçün öhdəliyimizi təsdiq edirik. Biz bir daha vurğulayırıq ki, bütün insanlar hər bir ölkədə cəmiyyətin bütün sahələrinə tam və bərabər giriş imkanına layiqdirlər".

Bu, kişilər və qadınlar istedad və bacarığın heç bir fiziki və ya zehni məhdudiyyət tanımadığının canlı sübutudur. Onların çıxışları çətinliklərlə qarşılaşan və möhtəşəm incəsənət ortaya çıxaran, əlillərlə işləyən şəxslərə gözəl nümunədir. Cüzi səy və sadə şəraitlə, əlilliyi olan şəxslər cəmiyyətin hər bir sektorunda işləyə bilər və biz hamımız onların tam iştirakından yararlana bilərik. Teatrda bunu nümayiş etdirmənin gözəlliyi odur ki, hər bir tamaşaçı bu həqiqətin canlı nümunəsini görə bildı, bu isə bir ömür boyu onlarla birlikdə qalacaqdır.

Tamaşa səksən il əvvəl amerikalı yazıçısı Con Steynbek tərəfindən yazılmış eyni adlı romanın əsasında səhnələşdirilib. İnsan vəziyyətinin təsviri o dönəmdə olduğu kimi bu gün də həqiqətdir. Əsər dostluq, mərhəmət və qəbuletmənin vacibliyini xatırladır.









Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Teatr  





Xəbər lenti