“ABŞ-la Afrini müzakirə etməyəcəyik” - Çavuşoğlu (VİDEO)

“ABŞ-la Afrini müzakirə etməyəcəyik” -  Çavuşoğlu (VİDEO)
  07 Fevral 2018    Oxunub:3531
“Rəsmi Ankara Vaşinqtonla Suriyanın Afrin bölgəsindəki əməliyyatı müzakirə etməyəcək”.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.



“Afrində amerikalı hərbçilər yoxdur. Ola bilsin ki, ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları orada vaxtaşırı olur. Buna görə də bizim ABŞ-la Afrin mövzusunu müzakirə etməyə ehtiyacımız yoxdur”-deyə XİN rəhbəri deyib.

O, ABŞ-ın PYD/YPG terrorçu qruplaşmalarına silah verməsinin düzgün addım olmadığını və bunun iki ölkə arasında mövcud olan münasibətlərə mənfi təsir edəcəyini bldirib: “Əgər biz müttəfiq ölkəyiksə, ABŞ bu addımı atmalıdır. Əgər ABŞ bunu etməsə və təhlükəni aradan qaldırmasa, onda biz özümüz bu təhlükəni məhv etməliyik”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: XİN   Türkiyə   Çavuşoğlu   Afrin   ABŞ  





Xəbər lenti