İran Suriyada raket bazası yaratdı - (VİDEO)

İran Suriyada raket bazası yaratdı - (VİDEO)
  28 Fevral 2018    Oxunub:3558
İran Suriyada yeni daimi hərbi baza yaradıb.
AzVision.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb. Telekanal iddia edir ki, yeni bazada raketlərin saxlanılması üçün anqarlar var.



Qərb ölkələrin xüsusi xidmət orqanları əməkdaşlarının aralarında olduğu mənbənin sözlərinə görə, obyekt paytaxt Dəməşqdən 12 kilometr şimal-şərqdə yerləşir. Digər məlumata əsasən, bazaya İran İslam İnqilabı Korpusunun xüsusi təyinatlıları olan “Əl-Qüds” nəzarət edir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İran   Suriya   Hərbi-Baza  





Xəbər lenti