Culfa-Ordubad yolunun tikintisinə 30 milyon ayrılıb

Culfa-Ordubad yolunun tikintisinə 30 milyon ayrılıb
  16 May 2018    Oxunub:2771
Azərbaycan Prezidenti İlham Əliyev mayın 16-da “Naxçıvan Muxtar Respublikasında Culfa–Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması işlərinin həyata keçirilməsi məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.2-ci yarımbəndində göstərilmiş məbləğin 30 milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti