Ermənilər Füzulidə kombaynı atəşə tutub - (VİDEO)

Ermənilər Füzulidə kombaynı atəşə tutub - (VİDEO)
  29 May 2018    Oxunub:3796
Mayın 29-da səhər saatlarında Ermənistan silahlı qüvvələri bölmələri Füzuli rayonunun işğal olunmuş Qorqan kəndi istiqamətində yerləşən mövqelərindən taxıl sahəsində kənd təsərrüfatı işləri yerinə yetirən kombaynı atıcı silahlardan atəşə tutub.
Bu barədə AzVision.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə nəticəsində xəsarət alan yoxdur. Kənd təsərrüfatı texnikasına ziyan dəyib.



AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Təxribat  





Xəbər lenti