DÇ-2018-də ilk oyun, 5 cavabsız qol - FOTOLAR (Yenilənib)

DÇ-2018-də ilk oyun, 5 cavabsız qol - FOTOLAR (Yenilənib)
  15 İyun 2018    Oxunub:9775
Rusiyanın paytaxtı Moskvada futbol üzrə XXI Dünya Çempionatının təntənəli açılış mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, “Lujniki” stadionunda baş tutan mərasimdən sonra dünyanın səbrsizliklə gözlədiyi turninə start verilib.

İlk oyunda “A” qrupunda yer alan ev sahibi Rusiya millisi Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşır. Mundialın açılış oyununu argentinalı Nestor Pitana idarə edir.

Oyunda ilk qolu Rusiya yığması vurub. Matçın 12-ci dəqiqəsində meydan sahiblərinin heyətində Yuriy Qazinskiy fərqlənib. Hazırda hesab 1:0 Rusiyanın xeyrinədir.



***
Meydan sahibləri hesabda fərqi artırıblar. Oyunun 42-ci dəqiqəsində vurulan qolla Rusiya yığması üstünlük qazanıb - 2:0.



***
Oyunun ikinci hissəsində yenidən hesab dəyişib. Rusiya millisi rəqibin qapısından daha bir top keçirib. Qarşılaşmada 3:0 hesabı ilə meydan sahibləri qalib gəlir.

***

Mundialın açılış oyunu başa çatıb. Rusiya millisi Səudiyyə Ərəbistanını 5:0 hesabı ilə darmadağın edib. Qolları Yuri Qazinski, Dmitri Çerışev, Artyom Dzyuba və Aleksandr Qolovin vurublar.

Xatırladaq ki, dünya çempionatında 32 komanda əvvəlcə 8 qrupda mübarizə aparır. Qruplarda birinci və ikinci yer tutan komandalar səkkizdəbir finala çıxacaqlar. Səkkizdəbir final mərhələsindən başlayaraq yarışlar Olimpiya sistemi ilə keçiriləcək, yəni, uduzan komanda mübarizəni dayandıracaq.









AzVision.az


Teqlər: Dünya-Çempionatı   Rusiya  





Xəbər lenti