Qadın oteldə turisti qarət edib

Qadın oteldə turisti qarət edib
  29 İyun 2018    Oxunub:1436
İyunun 26-da Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş yaşadığı hoteldə otağından mobil telefon və üzüyünün oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini S.Kişiyeva olduğu məlum olub. “Huawei” markalı mobil telefon və üzük maddi sübut kimi ondan götürülüb.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti