"Şagirdlərin imtahan nəticələri yaxşılaşıb" - Nazir müavini

"Şagirdlərin imtahan nəticələri yaxşılaşıb" - Nazir müavini
  09 İyul 2018    Oxunub:1615
2017-2018-ci tədris ilini bitirən IX sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri 4,75% yaxşılaşıb.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Məhəbbət Vəliyeva deyib.

O bildirib ki, hazırda buraxılış imtahanlarının nəticələrinin təhlil prosesinə başlanılıb. "Ümumilikdə əvvəlki dərs ili ilə müqayisədə ötən il daha yaxşı nəticələr əldə edilib".

M.Vəliyeva növbəti tədris ilində görüləcək işlədəndə danışıb. Qeyd edib ki, növbəti tədris ilində əsas hədəf müəllimlərin gündəlik dərslərdə səriştəyə əsaslanan bilik və bacarıqların verilməsi istiqamətində tədbirlərin görülməsi olacaq.

Aytən Zəhra
AzVision.az


Teqlər: Məhəbbət-Vəliyeva   İmtahan  





Xəbər lenti