“Rixos Quba”da bədbəxt hadisə: Ölən və yaralılar var - (VİDEO)

“Rixos Quba”da bədbəxt hadisə: Ölən və yaralılar var - (VİDEO)
  09 İyul 2018    Oxunub:14890
Quba rayonunda otellərin birində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova AzVision.az-a bildirib ki, hadisə “Rixos Quba” otelində kanatın qurulması zamanı qeydə alınıb.
“Kanatda dartma işləri apararkən qırılma baş verib. Nəticədə 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu ölüb. Digər işçilər 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu xəsarət alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti orta-ağırdır”.



Aytən Zəhra
AzVision.az


Teqlər: Quba   Otel  





Xəbər lenti