Abramoviç "Çelsi"ni 2 milyarda satır

Abramoviç "Çelsi"ni 2 milyarda satır
  27 Avqust 2018    Oxunub:6587
Rusiyalı iş adamı Roman Abramoviç sahib olduğu “Çelsi” klubunu satışa çıxarıb.
AzVision.az xəbər verir ki, buna səbəb biznesmenin Böyük Britaniya vizası ala bilməməsidir.

Qapısından içəri buraxılmadığı ölkəyə yatırım etməkdən vazkeçən iş adamı vasitəçi şirkətlə müqavilə bağlayaraq “Çelsi” klubunu 2 milyard funt-sterlinqə satmaq qərarına gəlib.

Qeyd edək ki, Roman Abramoviç “Çelsi”ni 2003-cü ildə Ken Batesdən 140 milyon funt-sterlinqə alıb. Onun böyük yatırımlarından sonra London təmsilçisi 50 ildən sonra Premyer Liqanın, tarixində ilk dəfə isə Çempionlar Liqasının qalibi olub.

Kənan Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti