ABŞ “S-400”lərə görə Hindistanı sanksiyalarla hədələdi

ABŞ “S-400”lərə görə Hindistanı sanksiyalarla hədələdi
  30 Avqust 2018    Oxunub:2006
ABŞ Hindistanın "S-400" raketdən müdafiə sistemləri daxil olmaqla Rusiyadan silah almaq planlarından narahatdır və bununla əlaqədar Nyu Dehliyə sanksiyalar tətbiq edə bilər.
AzVision.az xəbər verir ki, ABŞ müdafiə nazirinin Asiya-Sakit okeanı regionu məsələləri üzrə köməkçisi Rendall Şriver bu cür bəyanatla çıxış edib. Bildirib ki, sanksiyalara dair CAATSA (“Sanksiyalar vasitəsilə Amerikanın rəqiblərinin qarşının alınması”) qanununun Hindistandan yan keçəcəyinə zəmanət verilmir.

“Deyə bilmərəm ki, onlar sanksiyalar altına düşməyəcəklər, yaxud Hindistana münasibətdə istisnalar ediləcək. Bu barədə ABŞ prezidenti özü qərar verəcək. Əgər o, Hindistanın Rusiyadan yeni sistemlər əldə etməsində potensial təhdid görsə, düşünmürəm ki, istisnalar olacaq”, – deyə Şriver vurğulayıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Hindistan   Rusiya   ABŞ   S-400  



Xəbər lenti