Rusiya, Türkiyə və İran ABŞ-a qarşı birləşir
AzVision.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi açıqlama verib.
İran XİN rəsmisi üçtərəfli sammitin keçiriləcəyi tarixi açıqlamayıb. O, bildirib ki, yaxın zamanlarda rəsmi Tehran sammitin dəqiq vaxtını elan edəcək.
Qeyd edək ki, bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Rusiya, Türkiyə və İran prezidentlərinin üçtərəfli görüşünün Tehranda, Türkiyə XİN-in rəhbəri Mövlud Çavuşoğlu isə Rusiya və Türkiyə liderlərinin sammit çərçivəsində 7 sentyabrda görüşəcəklərini bəyan ediblər.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Türkiyə İran Rusiya ABŞ