Soçidə sərnişin təyyarəsi yanıb - Xəsarət alanlar var

Soçidə sərnişin təyyarəsi yanıb - Xəsarət alanlar var
  01 Sentyabr 2018    Oxunub:3683
Rusiyanın Soçi şəhərində “Utair” hava şirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsi hava limanına eniş zamanı yanıb.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Moskvadan Soçiyə uçan təyyarə yerli vaxtla saat 02:59-da uçuş-enmə zolağından kənara çıxaraq yanmağa başlayıb.

Hadisə zamanı 18 nəfər xəsarət alıb, onların sırasında uşaqlar da var. 160 nəfər isə təxliyyə edilib. Yanğının qarşısı alınıb, Hadisə zamanı təyyarənin ön hissəsinə ciddi ziyan dəyib. Yanğının hansı səbəbdən baş verdiyi açıqlanmayıb.



AzVision.az


Teqlər: Soçi   Təyyarə  





Xəbər lenti