Livanda ermənilərlə yerli sakinlər arasında qarşıdurma - Ölən və yaralılar var
AzVision.az xəbər verir ki, bu barədə “Arevelk” öz mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunur ki, qarşıdurma Livanda yaşayan ermənilərlə yerli sakinlər arasında baş verib. Nəticədə bir neçə nəfər ölüb. Onların arasında erməni də var.
Bıçaqlanan ermənilərdən biri xəstənaya aparılarkən yolda keçinib. Digər iki erməninin vəziyyəti isə ağır olaraq qalır.
Qeyd edək ki, bu, Livanda ermənilərin iştirakı ilə yaşanan ilk insident deyil. Bundan əvvəl də ermənilərlə Livanın yerli sakinləri arasında kütləvi davalar baş verib.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Ermənistan Livan







Vaxtında, Aydın, Lazımlı!


