Rusiyada helikopter qəzası: 3 pilot ölüb

Rusiyada helikopter qəzası: 3 pilot ölüb
  03 Sentyabr 2018    Oxunub:2178
Rusiyanın İrkutsk vilayətində “Mi-8” helikopterin qəzaya uğraması nəticəsində üç pilot həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə “TASS”a vilayətin təcili yardım xidmətindən məlumat verilib. Qeyd olunub ki, onların cəsədləri helikopterin qəzaya uğradığı ərazidə aşkarlanıb. Hazırda cəsədlərin ərazidən aparılması istiqamətində işlər görülür.

Qeyd edək ki, helikopter Ust-Kuta şəhərindən Kunerma şəhərində geoloji kəşfiyyat işləri ilə məşğul olan insanları daşımaq üçün havaya qalxıb. Lakin helikopter təyinat yerinə çatmayıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Rusiya   Helikopter  



Xəbər lenti