Əfqanıstanda 3 məktəbə silahlı hücum edilib
Vacidin sözlərinə görə, səhər saatlarında naməlum silahlılar əyalətin 2 məktəbinə əl qumbarası ilə hücum ediblər. Digər məktəbə isə raket mərmisi atılıb. Xoşbəxtlikdən hücum zamanı məktəblərdə şagird və müəllim olmayıb. Lakin məktəb binalarına ciddi ziyan dəyib.
Məktəblərə silahlı hücumla bağlı hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Əfqanıstan







Vaxtında, Aydın, Lazımlı!


