CAR-da iki qatar toqquşdu - 100 yaralı var

CAR-da iki qatar toqquşdu - 100 yaralı var
  04 Sentyabr 2018    Oxunub:2734
Cənubi Afrika Respublikasında 2 qatarın toqquşması nəticəsində 100-ə yaxın insan xəsarət alıb.
AzVision.az xəbər verir ki, bu barədə "ER24” təcili tibbi yardım xidməti məlumat yayıb. Qeyd olunur ki, qəza nəticəsində ölən yoxdur. Qatarların Yohannesburq şəhərindən cənubda toqquşduqları bildirilib.

Yaralıların vəziyyəti yüngül və orta-ağır olaraq qiymətləndirilir. Qəza ilə əlaqədar əhaliyə alternativ nəqliyyat xidmətlərindən istifadə etmək tövsiyə olunub.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: CAR   Qəza  





Xəbər lenti