Ərdoğan Azərbaycana səfər edəcək

Ərdoğan Azərbaycana səfər edəcək
  06 Sentyabr 2018    Oxunub:2399
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan növbəti dəfə Azərbaycana səfər edəcək. AzVision.az Türkiyə mediasına istinadən bildirir ki, bu barədə Türkiyə prezidenti administrasiyasından məlumat verilib.
Qeyd olunur ki, Ərdoğanın Bakıya səfəri sentyabrın 15-də baş tutacaq.

Xatırladaq ki, bu, 2 ay ərzində Ərdoğanın Azərbaycana ikinci səfəri olacaq. Türkiyədəki 24 iyun prezident seçkilərindən sonra yenidən xalqın etimadını qazanan və prezident üsul-idarəli Türkiyənin ilk prezidenti seçilən Ərdoğan elə ilk xarici səfərini də iyulun 10-da Azərbaycana gerçəkləşdirmişdi.

Leyla Elbrusqıız
AzVision.az


Teqlər: Azərbaycan   Türkiyə  



Xəbər lenti