Yaponiyada ölənlərin sayı 16-ya çatıb

Yaponiyada ölənlərin sayı 16-ya çatıb
  07 Sentyabr 2018    Oxunub:2034
Yaponiyanın Hokkaydo adasında baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 16-ya çatıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Baş nazir Şinzo Abe Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, zəlzələ nəticəsində 26 nəfər itkin düşüb.

O, qeyd edib ki, dağıntıların daha çox baş verdiyi Atsuma qəsəbəsində axtarış-xilasetmə işləri bütün gecə davam etdirilib.

AzVision.az


Teqlər: Yaponiya   Zəlzələ  



Xəbər lenti