Gürcüstanda qəza: Bir hərbçi ölüb, üçü yaralanıb

Gürcüstanda qəza: Bir hərbçi ölüb, üçü yaralanıb
  08 Sentyabr 2018    Oxunub:3362
Gürcüstanda hərbçiləri aparan avtomobil Tbilisi yaxınlığındakı Vaziani poliqonu ərazisində qəzaya uğrayıb. Nəticədə bir əsgər həlak olub, üçü yaralanıb.
Gürcüstan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hərbçilər atəş hazırlığı təlimindən qayıdarkən avtomobil idarəetməni itirib və çevrilib. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, Vaziani poliqonu həm də bir sıra irimiqyaslı hərbi təlimlərin keçirildiyi ərazidir. Faktla bağlı cinayət işi başlanılıb.

AzVision.az


Teqlər: Gürcüstan   Qəza  



Xəbər lenti