Paşinyan keçmiş baş naziri də tutdurur - Yenilənib

Paşinyan keçmiş baş naziri də tutdurur - Yenilənib
  08 Sentyabr 2018    Oxunub:3490
Ermənistanın keçmiş baş naziri Ovik Abramyan 2008-ci ilin 1 mart hadisələrilə əlaqədar açılan cinayət işi çərçivəsində yox, vəzifədə olduğu müddətdə öz səlahiyyətlərindən sui-istifadə etməkdə və küllü miqdarda maliyyə fırıldaçlığı ilə məşğul olmaqda ittiham edilib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidməti məlumat yayıb. Bildirib ki, Abramyanın 2008-ci il hadisələrinə görə ittiham olunması ilə bağlı dedikləri həqiqəti əks etdirmir.

**

Ermənistanın keçmiş baş naziri Ovik Abramyana qarşı 2008-ci ilin 1 mart hadisələrilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham irəli sürülüb.AzVision.az xəbər verir ki, bu barədə Abramyan özü “Facebook” səhifəsində bildirib. Qeyd edib ki, ona qarşı ilkin qətimkan tədbiri kimi ölkəni tərk etməməsinə dair qərar verilib.

Məhkəmənin və Ermənistan hüquq-mühafizə orqanlarının bu qərarından hiddətlənən Abramyan baş verənləri özünə qarşı təxribat adlandırıb.

Keçmiş baş nazirin sözlərinə görə, bir ay əvvəl maskalı şəxslər ona və qohumlarına məxsus evlərə basqın edərək axtarış keçiriblər. Lakin əməliyyat nəticəsində qanunsuz heç nə aşkarlamayıblar. Əvəzində kobud şəkildə onun pasportunu götürüblər. Həmçinin, Mxçyanda guya ona məxsus olduğu iddia edilən mexanika zavodunda da axtarış keçirilib və oradan tapılan silahları 2008-ci ilin 1 mart hadisələrilə əlaqələndirməyə çalışıblar. Lakin ekspertizanın nəticələri heç bir əlaqənin olmadığını üzə çıxarıb. Abramyana görə, baş verənləri 4 sentyabrda ictimai formada tənqid etdiyinə görə, bir gün sonra onu Xüsusi İstintaq Xidmətinə aparıblar və artıq başqa cinayət işi üzrə şahid qismində dindirməyə başlayıblar. Amma Abramyan bildirib ki, dindirilmə zamanı qəfildən əsassız sübutlarla ona qarşı ittiham irəli sürülüb və ölkəni tərk etməyəcəyinə vəd verməsilə bağlı imzası alınıb. Bu mənada keçmiş baş nazir Paşinyanı saxta sübutlarla əvvəlki hökumət üzvlərinə qarşı qisasda günahlandırıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan  



Xəbər lenti