Paşinyan Putinin tələbini icra etdi - ABŞ-ın "fəaliyyəti" yoxlanıldı

Paşinyan Putinin tələbini icra etdi - ABŞ-ın "fəaliyyəti" yoxlanıldı
  10 Sentyabr 2018    Oxunub:1583
Rəsmi İrəvan Ermənistanda fəaliyyət göstərən ABŞ laboratoriyalarına rus mütəxəssislərin girişi üçün icazə verib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın “Kommersant” qəzetinə müsahibəsində deyib.

“Təqribən 10-15 gün əvvəl mənim şəxsi göstərişimlə rusiyalı mütəxəssislər həmin laboratoriyalara buraxılıb. Biz əməkdaşlığa hazırıq və artıq rusiyalı mütəxəssislər əmin oldular ki, laboratoriyalarda qorxulu heç bir şey yoxdur. Həmin laboratoriyalar heç bir şəkildə Rusiyaya qarşı istifadə edilə bilməz”, – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, rus mütəxəssislərin ABŞ laboratoriyalarına girişi ilə bağlı heç vaxt problem olmayıb və nə qədər ki, o, hakimiyyətdədir belə bir problem olmayacaq. Çünki bu laboratoriyalar tamamilə Ermənistan hakimiyyətinin nəzarətindədir.

Qeyd edək ki, Ermənistanda Amerikaya məxsus laboratoriyalar şəbəkəsi bioloji materialların tədqiqatı ilə məşğul olduğunu bildirir. Lakin Moskvanın əlindəki etibarlı məlumatlara görə, Gürcüstan və Ukraynada da “uğurlu” fəaliyyət göstərən bu laboratoriyalar bioloji silah yaradılması üzərində işləyirlər. Rusiya laboratoriyaların ona qarşı təxribat məsədilə istifadə edilə biləcəyindən narahatdır və rus mütəxəssislərin həmin laboratoriyalara girişinə maneə yaradıldığını bildirib.

Ermənistanın hazırkı müdafiə naziri, əvvəllər NATO və ABŞ kəşfiyyatına işləmiş David Tonoyan ölkəsində Amerikaya məxsus biolaboratoriyalar şəbəkəsinin yaradılması üzrə layihənin koordinatorudur.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti