İsrail Qəzza ilə sərhədi açdı

İsrail Qəzza ilə sərhədi açdı
  13 Sentyabr 2018    Oxunub:3937
İsrail hökuməti Qəzza sektoru ilə sərhəddəki “Erez” nəzarət-buraxılış məntəqəsini yenidən açmaq barədə qərar qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti bildirib. Nəzarət-buraxılış məntəqəsinin yenidən açılmasına səbəb son zamanlar İsraillə Qəzza sərhəddində nisbi sakitliyin hökm sürməsidir.

“Erez” nəzarət-buraxılış məntəqəsi fələstinlilərin iştirakı ilə kütləvi iğtişaşlar səbəbindən 5 sentyabr tarixində bağlanmışdı. “Geriyə qayıdış marşı” keçirən fələstinlilər İsrail işğalına etiraz edərək daş və digər obyektlər atmaqla sərhəd-keçid məntəqəsinin infrastrukturuna ziyan vurmuşdular. Təmir işləri bitməyənə və vəziyyət sakitləşməyənədək İsrail hökuməti “Erez” nəzarət-buraxılış məntəqəsini bağlamaq qərarına gəlmişdi.

Qeyd edək ki, Qəzzanın şimalında yerləşən “Erez” nəzarət-buraxılış məntəqəsindən əsasən, İsrail hökumətinin icazəsi ilə humanitar və tibbi məqsədlə rəsmi nümayəndə heyətlərinin, jurnalistlərin və fələstinlilərin Qəzzaya giriş-çıxışı üçün istifadə olunur.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Qəzza   İsrail  



Xəbər lenti